ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin önündən keçən yolda qayda pozan sürücü videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında baş verib.
Videodan göründüyü kimi, taksi fəaliyyətiylə məşğul olan 99-KD-147 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub.
Belə ki, yola diqqət yetirməyən sürücü maşını qəfil sola sürüb və bu zaman görüntünü qeydə alan maşın üçün qəza riski yaradıb. Xoşbəxtlikdən sürücü vaxtında manevr edərək əks istiqamətli yola çıxıb və baş verə biləcək təhlükənin qarşısını alıb.
Xatırladaq ki, sürücü yolu öncə müşahidə etməli və boş olduğuna əmin olduqdan sonra manevr etməlidir.
Oxunub 30
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.