AZ

Bəlkə miqyası müqayisədə kiçik, amma yəhudi xalqına edilən qəddarlığın dərəcəsində Xocalı soyqırımı yaşamışıq

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Holokost və Xocalı faciələri fərqli dövrlərdə, fərqli coğrafiyalarda baş versə də, mahiyyət etibarilə eyni həqiqəti üzə çıxarır: insan nifrətə məğlub olanda, qurbanın milliyyəti yox, insanlığı hədəfə alınır. Holokost XX əsrin ən dəhşətli faciələrindən biri kimi yaddaşlara həkk olunub. Nasist Almaniyasının irqi ideologiyası nəticəsində altı milyon yəhudi yalnız kimliyinə görə sistemli şəkildə məhv edildi. İnsanlar qaz kameralarında öldürüldü, uşaqlar valideynlərindən zorla alındı, ailələr və nəsillər yer üzündən silindi.

1992-ci ilin fevralında Xocalıda baş verənlər bunu acı şəkildə sübut etdi. Bir gecənin içində dinc əhali – qadınlar, uşaqlar, qocalar – amansızcasına qətlə yetirildi.

Holokost illərlə davam edən, sənayeləşdirilmiş məhvetmə mexanizmi idi. Xocalı isə qısa zaman kəsiyində baş verən, lakin eyni dərəcədə qəddar və məqsədli bir qırğın idi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yəhudi xalqı tarix boyu böyük əzablardan keçmiş bir xalqdır, buna baxmayaraq, öz mövcudluğunu qorumağı bacaran və öz əqidəsindən dönməyən bir xalq kimi bu gün də öz milli dövlətini qurmağı bacarıb.

Hikmət Babaoğlu

“Xalqları böyük acılar və böyük qalibiyyətlər formalaşdırır. Yəhudi xalqı da həm zaman- zaman çox böyük qalibiyyətlər və həm də çox böyük acı yenilgilər yaşamış bir xalqdır. Ən son faşist Almaniyası tərəfindən 6 milyon yəhudi qətliama məruz qaldı. Bu da sözün əsl mənasında faşizm tərəfindən yəhudi xalqına qarşı törədilmiş bir soyqırımdır. “Holokost” sözü də elə bundan sonra həm də xüsusi termin kimi istifadə edildi, yəni yanıb tamamilə kül olmuş mənasını verir. Bütün bunlara baxmayaraq yəhudi xalqı yenidən öz milli dəyərləri ətrafında birləşməyi, güclü bir dövlət qurmağı bacardı.

Bu kontekstdə Azərbaycan da zaman-zaman müxtəlif faciələr yaşamış bir xalqdır. Biz də soyqırımın nə olduğunu yaxşı bilirik, çünki bizə qarşı da miqyas etibarı ilə bəlkə kiçik, amma qəddarlıq baxımından heç də yəhudi xalqına edilən qəddarlıqdan geri qalmayan bir Xocalı soyqırımı yaşadıq. Bu səbəbdən də ortaq acılar, eyni zamanda ortaq humanist dəyərlər yəhudi xalqı ilə Azərbaycan xalqı arasında bir anlayış, bir-birinin acısına sahib çıxmaq, bir-birini dərk etmək hissləri yaradır”-deyən deputat qeyd edib ki, bu da ortaq tarixi ortaq gələcəyə çevirmək üçün, bənzər faciələri gələcəkdə yaşamamaq üçün əməkdaşlığa çevirmək, platformasına daşımaq üçün imkanlar yaradır.

Hikmət Babaoğlu vurğulayıb ki, bu gün yəhudi xalqı ilə, İsrail dövləti ilə Azərbaycanın dostluq münasibətləri, məhz bu tarixi zərurətdən irəli gəlir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr