AZ

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinatlar - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni təyinatlar olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud müvafiq əmrlər imzalayıb.

Sədrin əmri ilə Dinara Paşayeva idarənin Maliyyə və əməliyyatlar şöbəsinin müdiri, Canoğlan İlyasov isə Sənəd dövriyyəsi və vətəndaşlarla iş şöbəsinin rəisi təyin ediliblər.

Qeyd edək ki, Dinara Paşayeva yeni təyinatadək Dövlət Məşğulluq Agentliyində Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Canoğlan İlyasov isə idarədə Vətəndaşlarla iş sektorunun müdiri işləyib.

Fotoda Canoğlu İlyasov:

Milli.Az

Seçilən
32
4
milli.az

5Mənbələr