AZ

AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. 

Memorandumun əsas məqsədi dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişaf etdirilməsi, müvafiq sahələr üzrə institusional və davamlı birgə fəaliyyətin qurulmasıdır.

Sənəd çərçivəsində yeni texnologiyalardan istifadə etməklə innovativ yanaşmaların tətbiqi, eləcə də kibercinayətkarlıqla mübarizə sahəsində operativ və səmərəli məlumat mübadiləsinin təmin olunması nəzərdə tutulur. Tərəflər qarşılıqlı əməkdaşlıq vasitəsilə maliyyə sektorunda şəffaflığın artırılmasına, risklərin azaldılmasına və qabaqlayıcı mexanizmlərin gücləndirilməsinə töhfə verməyi hədəfləyirlər.

Memorandum eyni zamanda bilik və təcrübə mübadiləsinin təşviq olunmasını, birgə təşəbbüs və layihələrin həyata keçirilməsini də əhatə edir.

 

Seçilən
1
4
marja.az

5Mənbələr