Ötən gün tanınmış cərrah Məhyəddin Aydəmirovun vəfatı ilə bağlı ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov danışıb. General Oxu.Az-a açıqlamasında bildirib ki, qardaşı M.Aydəmirov işə gedərkən avtobusda insult keçirib.
"Qardaşım Sumqayıt Uşaq Xəstəxanasında 35 ilin cərrahı idi, səhhətindən heç vaxt şikayət etməzdi", - deyə o bildirib.
Qeyd edək ki, uşaq cərrahı Məhyəddin Aydəmirov dünən Xocəsən qəbiristanlığında dəfn edilib.
Tarix: 27 Yanvar 2026, 17:51