AZ

“Qarabağ”la oyunun məşqində iştirak etmədilər Slot problemlə üzləşdi

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qarabağ”la oyunun məşqində iştirak etmədilər - Slot problemlə üzləşdi

“Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la keçiriləcək oyunun son məşqini keçirib.

QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Arne Slot zədə problemləri ilə üzləşməyə davam edir.

Məşqə Federiko Kyeza iştirak etsə də, İbrahima Konate və Co Qomez hazırlıq prosesində olmayıblar. Bu isə hollandiyalı mütəxəssisin müdafiə xəttindəki narahatlığını daha da artırıb.

Qeyd edək ki, Kyeza və Konate son iki oyunu buraxmışdılar və onların 

“Qarabağ”la keçiriləcək görüşündə iştirak edəcəyi gözlənilirdi. Konate son bir həftəni Fransada keçirib. Buna səbəb futbolçunun atasının vəfatı ilə əlaqədar ona verilən məzuniyyətdir. Kyeza isə “Marsel” ilə oyun ərəfəsində zədələnmiş, bu səbəbdən həmin görüşdə ehtiyat oyunçular skamyasında yer almamışdı. İtaliyalı futbolçu Premyer Liqada “Bornmut”a qarşı səfər matçını da buraxmışdı.

“Liverpul” – “Qarabağ” oyunu sabah keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
qol.az

4Mənbələr