AZ

Misir səfiri XİN rəsmisi ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hossam əl-Din Reda Xarici İşlər Nazirliyinin Yaxın Şərq Administrasiyası üzrə direktoru Elməddin Mehdiyevlə görüşüb.

Hafta.az yazır ki, görüş iki ölkə arasında mütəmadi məsləhətləşmələr çərçivəsində baş tutub. Tərəflər Misirlə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, ümumi maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını araşdırıblar.

Görüş zamanı iki dost ölkə arasında koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin qarşılıqlı istəyi fonunda bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
27
hafta.az

1Mənbələr