ain.az, Newscenter.az saytına istinadən bildirir.
Hindistan və Avropa İttifaqı arasında müdafiə və təhlükəsizlik əlaqələrinin inkişafı üçün əldə edilən razılaşma bu sahədə Rusiya-Hindistan münasibətlərinə təsir göstərmir. Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Hindistan xarici işlər nazirinin müavini Vikram Misri deyib. O, Rusiya-Hindistan təhlükəsizlik münasibətlərinin tarixi konteksti olduğunu bildirib.AB ilə müqavilələrə gəldikdə, Misri bildirib ki, həmin müqavilədə qarşılıqlı fayda və qarşılıqlı maraq var. "Hər iki tərəf bu müqavilənin bağlanmasının faydalarını görür", o bildirib.Qeyd edək ki, Hindistan-Aİ Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Sazişi Yeni Dehlidə keçirilən Hindistan-Aİ Zirvə Görüşü çərçivəsində imzalanıb. Yekun bəyanata görə, sazişin həyata keçirilməsi dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiyası, kiber və hibrid təhdidlər, kosmos, terrorizmlə mübarizə və digər sahələrdə əlaqələrin dərinləşməsinə kömək edəcək. Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.