2025-ci il ərzində ölkədən 59,6 milyon ABŞ dolları dəyərində 956,9 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 12,3 faiz və 12,5 faiz çoxdur.
Hesabat ilində bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,64 faizə bərabər olub.