AZ

Qızlarımız xaricilərə ərə getdiyi üçün doğumlar azalıb Sosioloq

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə Azərbaycanda doğulan uşaqların sayında kəskin azalma müşahidə olunur. Məsələn, 2015-ci ildə 164 600 doğuş qeydə alınsa da, 2023-cü ildə bu rəqəm 111 800-ə düşüb, 2025-ci ilin yanvar‑noyabr aylarında isə 88 135 körpə dünyaya gəlib. Ekspertlər bildirirlər ki, azalmanın əsas səbəbləri iqtisadi çətinliklərdən daha çox sosial və mədəni amillərlə bağlıdır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, doğum sayının azalması statistik dinamikanın sürətli şəkildə aşağı düşməsi ilə müşayiət olunur:“Bu azalmaları yalnız sosial-iqtisadi çətinliklərlə izah etmək düzgün deyil. 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində insanların sosial-iqtisadi vəziyyəti indiki dövrdən xeyli aşağı idi və buna baxmayaraq doğum göstəriciləri daha yüksək idi. Bu baxımdan azalmalar digər amillərlə bağlıdır”.Hüseyn İbrahimov qeyd edib ki, əsas təsir edən amillərdən biri boşanmaların artmasıdır:“2015–2018-ci illər və sonrakı dövrlərdə boşanma faizi yüksəlib. Bu, gənclərin ailə qurmaq yaşını gecikdirməsinə, evlilik qərarını daha uzun müddət düşünməsinə səbəb olur. Həm qızlarda, həm də oğlanlarda ailə qurmaq faizi aşağı düşür”.Ekspert həmçinin qohum ailələr arasında nigahların azalmasını da vurğulayıb:“Əvvəllər bu cür nikahlar daha çox yayılmışdı, lakin qanuni məhdudiyyətlər nəticəsində bu təcrübələr xeyli azalıb və statistika üzərində təsir göstərir”.Bundan əlavə, gənclərin təhsil və karyera planları, xarici ölkələrdə təhsil alma və işləmə imkanları, həmçinin sosial-iqtisadi yetkinliyi gözləmə arzusu da ailə qurmaq yaşını gecikdirir:“Bəzi qızlar xarici vətəndaşlarla ailə quraraq ölkədən kənarda yaşayırlar. Miqrant Azərbaycanlı gənclər isə əksər hallarda 35–40 yaşlarında ailə qururlar. Bu amillər də doğum statistikasına təsir edir”.Sosioloq vurğulayıb ki, bütün bu sosial və mədəni amillər birləşərək ölkədə doğum göstəricilərinin azalmasına səbəb olur və statistik məlumatlarda öz əksini tapır.Qeyd edək ki, demoqrafik azalma uzunmüddətli sosial və iqtisadi nəticələr doğura bilər və bu tendensiyanın qarşısının alınması məqsədilə kompleks sosial, iqtisadi və mədəni tədbirlər görülməsi vacib hesab olunur.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr