Vinisius Juniorun növbəti mövsümə harda başlayacağı hələ də məlum deyil.
"Football-plus.az" xəbər verir ki, Braziliyalı futbolçu “Real”dakı gələcəyi ilə bağlı qərar verib. “El Nacional”ın məlumatına görə, vinger rəhbərliyə müqaviləsinin yenilənməsi məsələsi aprel ayına qədər həll olunmasa, klubdan ayrılmağa hazır olduğunu açıq şəkildə bildirib.
PSJ braziliyalı ilə ciddi şəkildə maraqlanır. Vinisiusun bu kluba qoşulacağı halda təxminən 30 milyon avro maaş alacağı barədə şayiələr də var.
Xatırladaq ki, Junior “Real”a 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya keçib. O, bu mövsüm Madrid təmsilçisi ilə 31 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta