AZ

"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxır

"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxır.

FED.az bu barəd şirkətin emissiya prospektinə istinadən xəbər verir.

İstiqrazların  hər biri 100  manat olan 50 000  ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqrazlardır.

Gəlirlilik illik 14% təşkil edir.

Şirkətin istiqraz emissiyasının səbəbi cəlb olunan vəsaitin mənfəət əldə ediləcək layihələrə yönəltmək və faktorinq fəaliyyətini genişləndirməkdir.
 İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcək.  İstiqrazların tədavül müddəti 12 ay təşkil edir.

Əsas məbləğ tədavül müddətinin sonunda ödəniləcək.

Anterrayder "Unicapital İnvestisiya Şirkəti" QSC-dir.

Seçilən
26
fed.az

1Mənbələr