AZ

Tokayevdən yeni təyinat

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev yeni nazir təyin edib.Newscenter.az Akorda-ya istinadən bildirir ki, prezidentin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərini təyin olunub.Belə ki, Askarbek Yertayev Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.Dövlət başçısının digər sərəncamı ilə Svetlana Jakupovanı əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad olunub. Svetlana Jakupova bu vəzifəni 2 sentyabr 2023-cü ildən tutur.Qeyd edək ki, Askarbek Yertayev 1977-ci ildə Aktobe şəhərində anadan olub. K. Jubanov adına Aktobe Dövlət Universitetini və Aktobe "Nur" İdarəetmə, Biznes və Hüquq İnstitutunu bitirib.Karyerasına 1997-ci ildə Aktobe vilayətinin Muğaljar rayonunun akiminin administrasiyasında mütəxəssis kimi başlayıb.2000-ci ildən 2014-cü ilə qədər bank sektorunda çalışıb.2014 — Qazaxıstan Respublikası İqtisadiyyat və Büdcə Planlaşdırması Nazirliyinin Ticarət Komitəsinin baş eksperti vəzifəsini icra edib. Son təyinata qədər o, Qazaxıstan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini olub.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr