AZ

Tarixdən gələn etnik birlik bizim gələcək ortaq davranışlarımızı, maraqlarımızı və təhlükəsizliyimizi təyin edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Yəhudilik həm dindir, həm də etnik kimlikdir. Amma daha çox yəhudilik bir dindir. Yəhudiliyi etnik kimlik kimi qiymətləndirməyə çalışsaq, görəcəyik ki, o zaman yenə Azərbaycan xalqı ilə yəhudi xalqı arasında ortaq etnik kimlik əsasları da var”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb. Deputat qeyd edib ki, İsrailoğullarından sonra yəhudiliyi dövlət kimi mənimsəyən ikinci dövlət Xəzərlər dövləti, Xəzər xaqanatlığıdır.

Hikmət Babaoğlu

“Bu gün “aşkenaz” adlandırılan yəhudilər Xəzər xaqanlığının övladları olan Xəzər türkləridir. Onlar etnik kimliklərini itiriblər. Xəzər xaqanlığı dağıdılandan sonra onlar dini kimliklərində yaşayıblar. Ona görə Xəzərlərin xaqanlığı dağıldıqdan sonra Azərbaycanda yaşamağa davam edənlər sonrakı mərhələdə islamı qəbul ediblər. Yəhudi olaraq qalıb, Avropaya yayılanlar da yəhudi kimliyi ilə tanınırlar. Aşkenaz yəhudilərinin demək olar ki, hamısı elə Xəzər türklərindən ibarətdir. Bu mənada biz yəhudi xalqının etnik tərkibini genetik kodlarla öyrənməyə çalışsaq, onların yarısından çoxunun Xəzər türkləri olduğu ortaya çıxacaq. Bu da həmin Xəzər türklərinin Azərbaycan xalqının etnogenezisində, yəhudi xalqının etnogenezisində aparıcı etnik komponentdir”-deyən Hikmət Babaoğlu bildirib ki, bizi bu dəyərlər də birləşdirir.

Deputatın fikrincə, tarixdən gələn bu dini və etnik birlik bizim gələcək ortaq davranışlarımızı, ortaq maraqlarımızı və ortaq təhlükəsizliyimizi təyin edir: “Mənə elə gəlir ki, bu gün dünyada antisemitizmin və Azərbaycanafobiyanın gücləndiyi bir vaxtda, məhz İsrail və Azərbaycan birlikdə buna qarşı mübarizə aparır ki, hazırda onun bariz nümunəsini görürük. Bax, elə bu günlərdə İsrail xarici işlər nazirinin Azərbaycanda olması, Azərbaycan prezidenti tərəfindən qəbul edilməsi, 44 günlük müharibədə İsrailin Azərbaycana göstərdiyi böyük dəstək Azərbaycan xalqı tərəfindən unudulmur və unudulmayacaq. Ona görə də yeni dünya nizamına doğru irəlilədikdə, bu iki ölkənin birgə sinxron hərəkət etməsi hər iki ölkənin və xalqlarımızın maraqlarına uyğundur”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr