AZ

Okan Buruk ingilislərə sürpriz hazırlayır

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun UEFA Çempionlar Liqası çərçivəsində sabah keçiriləcək “Mançester Siti” matçı üçün planı hazırdır. Sarı-qırmızılıların baş məşqçisinin ingilis nəhəngini necə məçğlub edəcəyi məlum olub. Metbuat.az xəbər verir ki, Türkiyə mediası kritik oyunla bağlı bəzi detalları açıqlayıb. Yerli KİV-in yazdığına görə, İstanbul təmsilçisi əvvəlcə etibarlı müdafiə xətti quracaq. Heç bir vəchlə rəqibə keçid verilməyəcək. Sonra isə əks-hucum təşkil edərək qol arayacaq. Həmişə olduğu kimi Okanın əsas silahı yenə Viktor Osimendir. Nigeriyalı ulduz “Mençester Siti”nin yarımmüdafiəçilərinin buraxdığı səhvləri bağışlamayacaq. “Qalatasaray”ın braziliyalı ulduzu Qabriel Sara da bu oyunda qol arayacaq. Türkiyə çempionatında baş tutan sonuncu qarşıdurmada "Fatih Karagümrük" komandasının qapısından 2 möhtəşəm qol keçirən yarımmüdafiəçinin ingilislərin müdafiə xəttini yaracağı real görünür.

Qeyd edək ki, “Qalatasaray” Okan Burukun rəhbərliyilə indiyə kimi ingilis klubları ilə 4 dəfə qarşılaşıb. Bu oyunların 3-də sarı-qırmızılı komanda qalib gəlib. Bir matç isə bərabərə başa çatıb.

Seçilən
13
metbuat.az

1Mənbələr