AZ

19 yaşlı iranlı “Baby Rader”i kim öldürüb?

Qonbad-e Kavusdan olan 19 yaşlı "Baby Rader" kimi tanınan Diana Bahadurun ölümü İranda və ondan kənarda müzakirə mövzusuna çevrilib.

"Yeni Sabah" xəbər verir ki, türkmən əsilli rayderin yanvarın 9-da Qorqanda iğtişaşlar zamanı öldürüldüyünə dair iddialar var.

Diana Bahadur fərqli üslubu, super motosiklet sürməsi və "Instagram"da 100 min izləyicisi ilə İranda geniş tanınırdı. Onun qəzada öldüyü barədə rəsmi məlumatı İslam Respublikası əleyhdarları şübhəyə alır. Sosial şəbəkədə Diana Bahadurun iğtişalarda fəal iştirak etdiyi iddiası irəli sürülür. 

Yeri gəlmişkən, bu gün Məsud Pezeşkian administrasiyasının sözçüsü Fateme Mohacerani iğtişaşlara çağırışlar etmiş tanınmışlar barədə sualı cavablandırıb.

Onun sözlərinə görə, kütləvi itaətsizlik çağırışları edən, ictimai və şəxsi əmlaka böyük maddi ziyan dəyməsinə səbəb olan "selebriti"lərlə rəftar barədə administrasiyanın hələlik konkret yanaşaması mövcud deyil.


Telegram kanalımız
Seçilən
71
yenisabah.az

1Mənbələr