“Legion Financial” ASC nizamnamə kapitalını artırmaq üçün 6 min ədəd adi, adlı, sənədsiz səhmin nominal dəyəri hər biri 100 manat olmaqla ümumi həcmi 600 min manat səhm buraxır.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə lizinq şirkətinin yayımladığı emissiya prospektə istinadən xəbər verir.
Səhmlər “Bakı Fond Birjası”nda kütləvi təklif üsulu ilə yerləşdiriləcək,
Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcək.Gəlirlərin nəzərdə tutulan xalis artımı 600 min manat təşkil edəcək.
"Anderrayter“İnvest-AZ İnvestisiya Şirkəti”dir.