AZ

İran rialı tarixi məzənnə itkisinə məruz qaldı

İranın valyutası yeni tarixi məzənnə itkisinə məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu gün 1 ABŞ dollarının qiyməti təxminən 1,51 milyon riala yüksəlib.

Mümkün hərbi əməliyyatlardan qorxu və ABŞ-nin davamlı təzyiqi, Mərkəzi Bankın (MB) böyük dollar satışlarına baxmayaraq, iranlıları xarici valyutaya tələsməyə məcbur edir.

MB sədri Əbdülnaser Hemməti bu gün hökumətin iclasında bildirib ki, sərbəst bazarda satışa 2, 5 milyard dollar çıxarılıb.


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr