Stavropolda bir oğlanın küçədən tapdığı oyuncaq evdə partlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o xəstəxanaya yerləşdirilib.
Hadisə yanvarın 26-da baş verib. Uşaq küçədən tapdığı plastik "oyuncaq qumbara"nı evə gətirib. Oyuncaq partlayıb.
Xəstəxanaya yerləşdirilən uşaq hazırda lazımi tibbi yardım alır və vəziyyəti sabitdir.
Səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırmaya başlayıb. Hadisəyə hüquqi qiymət veriləcək.