AZ

Maykl Kar­rik “Mançester Yunayted”də qalmaq şansı əldə edib

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Kar­rikin klubda daimi əsasda saxlanılması mümkündür.  

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O klub rəhbərliyi komandanın nəticələri müsbət olarsa, Kar­rikin baş məşqçi kimi təsdiqlənməsi variantını ciddi şəkildə nəzərdən keçirəcəyini lakin “Mançester Yunayted”in tələsik qərarlar qəbul etmədiyini və hazırda yalnız potensial namizədləri dəyərləndirdiyini  qeyd edib

Xatırladaq ki, Kar­rik bu vəzifədə Ruben Amorimi əvəzləyib. Onun rəhbərliyi altında “qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi iki oyunda “Mançester Siti”ni 2:0, “Arsenal”ı isə 3:2 hesabı ilə məğlub edərək diqqətləri üzərinə çəkib.

Seçilən
24
90deqiqe.az

1Mənbələr