AZ

Ölümcül virus SÜRƏTLƏ YAYILIR: Peyvənd və xüsusi müalicə yoxdur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki nümayəndəsi Tarik Jazareviç bildirib ki, kifayət qədər tədqiqat aparılmadığı üçün Nipah virusunun dünya miqyasında daha geniş yayılma riski mövcuddur.

Ekologiya.az xəbər verir ki, onun sözlərinə görə, “Hindistan və Banqladeşin bəzi bölgələri, o cümlədən Qərbi Benqal, yarasa populyasiyalarında Nipah virusunun məlum rezervuarını nəzərə alsaq, yoluxma hallarının artması mümkündür”.

Jazareviç həmçinin ictimaiyyətin risk faktorları barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Nipah virusu üçün həm peyvənd, həm də xüsusi müalicə yoxdur. İlk dəfə 1999-cu ildə Malayziyada donuz fermerləri arasında aşkar edilən bu virus, ÜST tərəfindən yüksək riskli patogen hesab olunur. Ölüm hallarının nisbəti 40–75% arasında dəyişir.

Ötən həftə “The Economic Times” qəzetinin məlumatına görə, Hindistanın Qərbi Benqal əyalətinin Kalkutta bölgəsində Nipah virusunun epidemiyası baş verib.

Beş yoluxma halı təsdiqlənib, onlardan üçü ötən həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və digər səhiyyə işçiləri də var. Təmasda olan təxminən 100 nəfər karantinə alınıb.

Epidemiyanın ilk iki halı isə Yeni ildən dərhal sonra iki tibb bacısında aşkarlanıb, onlardan biri hazırda komadadır. Yoluxmanın mənbəyi ehtimal ki, laboratoriya müayinəsi aparılmadan əvvəl naməlum xəstəlikdən vəfat etmiş bir şəxsdir.

Musavat.com

Seçilən
30
ekologiya.az

1Mənbələr