“Fənərbağça” hücum xəttini gücləndirmək üçün Braziliyaya yönəlib.
İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “Palmeyras”ın hücumçusu Xose Manuel Lopesin transfer variantını ciddi şəkildə dəyərləndirir. Bildirilir ki, “Fənərbağça” son günlər Braziliya klubu ilə əlaqə saxlayaraq futbolçunun durumunu öyrənib.
Qeyd olunur ki, “Palmeyras” rəhbərliyi əsas oyunçularından birinin gedişinə isti baxmasa da, yüksək təklif olacağı təqdirdə danışıqlara açıqdır. Lopesin klubla müqaviləsi 2029-cu ilin dekabrına qədərdir və bazar dəyəri 20 milyon avro olaraq göstərilir.
24 yaşlı hücumçu bu mövsüm “Palmeyras”ın heyətində 4 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.