AZ

Fransada uşaqlar üçün sosial media QADAĞAN OLDU

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, səsvermə zamanı 116 deputat qanun layihəsini dəstəkləyib, 23 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi onlayn zorakılıq, kiberzorakılıq halları və yeniyetmələrin psixi sağlamlığı üçün artan risklərlə bağlı ictimai narahatlığa cavab olaraq hazırlanıb. Sənəddə təkcə sosial şəbəkələrdə qeydiyyatın deyil, eyni zamanda digər platformalara inteqrasiya olunmuş “sosial funksiyalardan” istifadənin də qadağan edilməsi nəzərdə tutulur.

Qanunvericilik təşəbbüsü indi müzakirə üçün Senata göndəriləcək. Senatda baxıldıqdan sonra sənəd yekun təsdiq üçün yenidən Milli Assambleyaya qaytarılacaq.

Seçilən
64
Ajans.az

1Mənbələr