AZ

Gürcüstanda keçmiş nazir müavini həbs edildi

Gürcüstanın keçmiş səhiyyə nazirinin müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti bildirib. 

Bildirilib ki, Quduşuri Səhiyyə Nazirliyinin tender komitəsinə də rəhbərlik edib. O, nazirliyin 2022-ci ilin sentyabr ayında təcili yardım maşınlarının alınması üçün elan etdiyi tenderin nəticələrinə təsir göstərib. Tenderdə üç şirkət iştirak edib və onlardan biri ən aşağı alış qiyməti olan 8,5 milyon lari (təxminən 3,2 milyon dollar) təklif edib. Lakin həmin tender Quduşurinin göstərişi ilə dayandırılıb və 2023-cü ilin may ayında yeni tender elan edilib. Yeni tenderin şərtləri yalnız bir konkret şirkət üçün uyğun olub və nəticədə digər namizədlər iştirak etməyib.

Nazirlik əvvəllər tenderdə qalib gəlmək üçün seçilmiş şirkətə əsassız olaraq 2,1 milyon lari (794.900 dollar) ödəyərək dövlətin maraqlarına ziyan vurub. 

Ağarza Elçinoğlu 

Seçilən
68
unikal.az

1Mənbələr