AZ

Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

Bakı. Trend:

Fransa Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistanarasında münasibətlərin normallaşmasını dəstəkləyir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Jan-Noel BarroAnkarada Türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşdən sonraaçıqlamasında deyib.

“Bu çərçivədə sərhədlərin yenidən açılması, regional fəallığınartırılması, hər iki dövlətin suverenliyi çərçivəsində bununla dabölgənin rifahı üçün mühüm əhəmiyyət daşıyır”, - deyə Barrobildirib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Seçilən
71
az.trend.az

1Mənbələr