ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda ictimai nəqliyyatda gediş haqları daim diqqət mərkəzindədir. Tariflər müxtəlif ödəniş sistemləri vasitəsilə həyata keçirilir və sərnişinlər marşrutlarda balans və ödəniş imkanlarını istifadə edirlər. Gediş haqlarının tətbiqi və ödəniş mexanizmləri ictimai nəqliyyatın gündəlik fəaliyyəti üçün əsas rol oynayır. Bəzən gediş haqqının artırılması cəmiyyətdə narazlıqla qarşılanır.
Bu cür hallardan biri də Avtosfer.az-ın qaynar xəttinə daxil olan şikayətdə öz əksini tapıb. Vətəndaşlardan biri paytaxtda fəaliyyət göstrən “BakuBus” MMC-yə məxsus 17 nömrəli avtobusda gediş haqqının artdığını iddia edib. Onun sözlərinə görə, daim “Gənclik” metrosunun qarşısından 17 nömrəli avtobusa minərkən həmişə 60 qəpik ödəyib. Bu məbləğ sərnişinin uzun müddətdir tanış olduğu və hərəkət etdiyi tarif olub. Lakin bu gün o fərqli mənzərə ilə qarşılaşıb. Sərnişin QR kodla 60 qəpik ödəniş etməyə çalışdıqda, ödənişin ləğv olunduğunu və balansın kifayət qədər olmadığını görüb. Ancaq onun bank kartında gediş haqqını ödəyəcək qədər məbləğ olub. Sərnişin yenidən yoxlayıb, eyni problemi yaşadıqdan sonra 80 qəpiklik ödənişi seçmək məcburiyyətində qalıb və bu zaman ödəniş qəbul olunub. Hadisə gediş haqqının yüksəldilməsini göstərib və tariflə bağlı kifayət qədər açıqlıq olmadığı təəssüratını yaradıb.
Yaranan problemlə bağlı “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, yaranan problem texniki nasazlıqla əlaqəlidir:
“Bu gün saat 07:30 radələrində “BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JU-749 dövlət qeydiyyat nişanlı avtobusun validator- ödəniş sistemində texniki nasazlıq yaranıb. Qeyd edək ki, marşrut xətti üzrə gediş haqqı 0.60 AZN təşkil edir. Lakin texniki nasazlıq səbəbindən sərnişinlərin ödənişləri sistem tərəfindən 0.70 AZN məbləğində qeydə alınıb. Avtobusu idarə edən sürücü yaranmış vəziyyətlə ilə bağlı dərhal Monitoring Mərkəzinə məlumat verib. Sərnişinlər sonuncu dayanacağa çatdırılıb. Nasazlıqla bağlı “BakıKart”a məlumat verilib, son dayanacaqda baxış keçirilib və texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.
Nurcan Babək
Oxunub 142
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.