AZ

Telefonlarımız bizi dinləyir?

“Google” istifadəçilərinin səslərini dinlədiyi iddiası ilə məhkəməyə verilib.

Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Şimali Kaliforniya federal məhkəməsində qaldırılan iddiaya görə, “Google Assistant” yalnız istifadəçi “Hey Google” və ya “Okay Google” ifadələrini işlətdikdə və ya cihazdakı düymə basıldıqda səsi qeyd etməlidir. Lakin iddia ərizəsində bildirilir ki, bu ifadələr istifadə edilmədiyi hallarda da cihaz şəxsi söhbətləri qeydə alıb.

“Google” isə uzunmüddətli hüquqi prosesin yaratdığı qeyri-müəyyənlik və xərclərdən qaçmaq üçün 68 milyon dollar təzminat ödəməyə razı olduğunu açıqlayıb.

Seçilən
24
publika.az

1Mənbələr