Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Hazırda qarşımızda bir neçə məqsəd var. Bunlardan biri Gömrük İttifaqı Sazişinin yenilənməsi, digəri isə viza liberallaşdırılması sazişinin tətbiqidir".Newscenter.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan fransalı həımkarı Jan-Noel Barrot ilə birgə mətbuat konfransı zamanı Türkiyənin AB-yə üzvlük məsələsi ilə bağlı suala cavabında deyib."Hörmətli həmkarımla Türkiyə-Avropa Birliyi münasibətlərindəki mövcud çıxılmaz vəziyyətdən necə çıxmaq və nələr edilə biləcəyi barədə fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, hazırda qarşımızda bir neçə məqsəd var. Biri Gömrük İttifaqı Sazişinin yenilənməsi, digəri isə viza liberallaşdırılması sazişinin tətbiqidir. Beləliklə, bu məsələni necə irəli apara biləcəyimizi, nələr edə biləcəyimizi və aramızdakı digər mövcud məsələləri müzakirə etdik.Bundan əlavə, NATO daxilində Avropa təhlükəsizliyini necə inkişaf etdirə biləcəyimiz və nələr edilə biləcəyi barədə dərin fikir mübadiləsi apardıq. Hər iki ölkənin NATO-da və Avropa təhlükəsizliyində oynadığı mühüm rolları nəzərə alaraq, daha tez-tez bir araya gəlməyimiz lazım olduğunu vurğuladıq",-deyə Fidan bildirib.XİN rəhbəri qeyd edib ki, regional məsələlərlə bağlı Fransa və Türkiyənin qarşıda böyük bir əməkdaşlıq və müzakirələr aparması gözlənilir:"Bunlara Suriya, Qəzza, İrandakı hadisələr, Aralıq dənizi təhlükəsizliyi və təbii ki, vaxtımızı xeyli alan Rusiya-Ukrayna münaqişəsi daxildir. Həmçinin İŞİD-ə qarşı mübarizənin fasiləsiz davam etməsini təmin etmək üçün nə edilməli olduğunu müzakirə etdik".Anar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.