"Neftçi" Rza Cəfərov ilə müqaviləni uzadıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2027/28-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.
Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ”yə icarəyə verilib.
2022/23-cü illər mövsümündən "Neftçi"nin əsas komandasında çıxış edən gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.