AZ

Tramp Paris sazişini də çökdürür

AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında sözügedən müqavilədən çıxmaq barədə sərəncam imzalayıb.

Paris Sazişi qlobal istiləşmənin qarşısını almaq və iqlim dəyişikliyinin ən dağıdıcı təsirlərinin qarşısını almaq məqsədi daşıyır. ABŞ-nin sazişdən çıxması o deməkdir ki, ölkə artıq özünü buxar qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərə bağlı hesab saymır.

“Amerika nümayəndə heyəti beynəlxalq iqlim konfranslarında da iştirakını dayandırır. Bundan əlavə, ABŞ-nin sazişdən çıxması ən yoxsul ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq və qlobal istiləşmənin nəticələrindən qorunmaq üçün proqramların maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq”, - nəşrin dərc etdiyi materialda vurğulanır.

Maraqlıdır ki, ABŞ atmosferə buxar qazlarının buraxılmasına görə Çindən sonra ikinci yeri tutur.BMT-nin hesablamalarına görə, hazırkı qlobal iqlim siyasəti davam edərsə, əsrin sonuna qədər orta planetar temperatur sənayeləmədən əvvəlki səviyyədən təxminən 2,8 dərəcə yuxarı qalxacaq. ABŞ-nin sazişdən çıxması bu rəqəmi təxminən 0,1 dərəcə Selsi artıracaq.

Trampın hakimiyyəti dövründə ABŞ ikinci dəfə Paris sazişindən çıxır. Onun ilk prezidentliyi zamanı da ABŞ sazişdən çıxmışdı, lakin Co Bayden administrasiyası yenidən ona qoşuldu.

Bu ilin əvvəlində isə Ağ Ev administrasiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından çıxmaq və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneldə iştirakını dayandırmaq niyyətində olduğunu da açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
15
azvision.az

1Mənbələr