AZ

Bu ərazilərdə yanğın hadisələri daha çox ola bilər - XƏBƏRDARLIQ

"Əhməd Rəcəbli küçəsində obyektlərin birində yanğın hadisəsi baş verib. Bu küçədə yerləşən ofislərin təxminən 10-nun yaxınında olmuş və incələmə şanşı olan biri kimi deyə bilərəm ki, bəzi ofis və obyektlərdə yanğın təhlükəsizliyinə aid, tələblərə uyğun hər hansısa işin görülməsinə rast gəlmək mümkün deyil". 

Bunu Ölkə.Az-a açıqlamasında əmək təhlükəsizliyi üzrə ekspert Xəzər Rüstəmov iş yerlərində baş verən bədbəxt hadisələr barədə danışarkən bildirib. 

Onun sözlərinə görə, sözügedən obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi sistemləri ya ümumiyyətlə mövcud deyil, ya da formal xarakter daşıyır:

“Yanğın siqnalizasiya sistemləri, avtomatik söndürmə qurğuları, tüstü çıxarış mexanizmləri və təxliyə yolları ya quraşdırılmayıb, ya da normativ tələblərə uyğun vəziyyətdə saxlanılmır. Nəticə etibarilə, ən kiçik texniki nasazlıq və ya insan amili belə ciddi fəsadlara, maddi zərərlərə və insan həyatı üçün real təhlükəyə çevrilir. Bu səbəbdən, mövcud vəziyyətin köklü şəkildə araşdırılması, məsul qurumlar tərəfindən ciddi nəzarət mexanizmlərinin tətbiqi və obyekt sahiblərinin normativ tələblərə əməl etməyə məcbur edilməsi zəruridir. Əks halda, bu kimi hadisələri daha çox görəcək və ya eşidəcəyik” - o əlavə edib.

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib. Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Billurə

Seçilən
31
1
olke.az

2Mənbələr