Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi yanvarın 27-də mənbələrə istinadən xəbər yayıb. Hesabatda qeyd olunur ki, son illər bazar payını rəqiblərinə itirən Nike dünyanın aparıcı idman geyimləri brendi kimi mövqeyini yenidən gücləndirməyə çalışır. Bu məqsədlə şirkət bir neçə dəfə işçi ixtisarına gedib. Nike artıq bir neçə ildir ki, genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində işçi sayını azaldır. Belə ki, 2024-cü ilin fevralında şirkət işçi qüvvəsinin təxminən 2%-ni təşkil edən 1600-dən çox iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlamışdı. Yeni ixtisar mərhələsi əsasən ABŞ-da yerləşən distribütor obyektlərinə, xüsusilə Tennessi və Missisipidəki anbar işçilərinə təsir edəcək. Şirkət rəhbərliyi bildirir ki, məqsəd əməliyyatların mürəkkəbliyini azaltmaq, çevikliyi artırmaq, həmçinin xərclərin azaldılması və proseslərin avtomatlaşdırılmasını sürətləndirməkdir.