İsrail Müdafiə Nazirliyinin Müdafiə Satınalmaları İdarəsi “Elbit Systems” şirkətinə aviasiya sursatı sifariş edib.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, çoxillik sifarişin dəyəri təxminən 183 milyon ABŞ dollarıdır.
Qeyd olunub ki, bu sifariş İsrailin müdafiə sənaye bazasını möhkəmləndirəcək və Müdafiə Qüvvələrinin həm yaxın gələcəkdə, həm də qarşıdakı illərdə əməliyyat qabiliyyətini artıracaq.