AZ

​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadıldı

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.

Aznews.az xəbər verir ki, bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.

Vəkil Cavad Cavadlı APA-ya bildirib ki, bu gün keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Cavad Cavadlı müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Seçilən
1
12
aznews.az

10Mənbələr