AZ

Azərbaycanda 3 restorana "5 ulduz" səviyyəsi verilib

Ötən il Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) AQTİ-nin "Halal" uyğunluq sertifikatlaşdırması genişləndirilib, ölkədə ilk dəfə tətbiq edilən "Ulduz-reytinq" layihəsi çərçivəsində isə artıq 3 restoran (Manqal, Dukkan, Çinar) "5 ulduz" sertifikatına layiq görülüb. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.

Onun sözlərinə görə, AQTA və AQTİ ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər” standartı üzrə sertifikatla təltif olunub.

Seçilən
14
fed.az

1Mənbələr