AZ

İrandakı etirazlarda ölənlərin dəqiq sayı bilindi – ŞOK RƏQƏMLƏR

İranda etiraz aksiyalarının başlanmasından bu günə qədər ölənlərin sayı ilə bağlı yeni statistika açıqlanıb.

KONKRET.az xəbər verir ki, insan haqları fəalı qruplarının topladığı son məlumatlara əsasən (HRANA), təsdiqlənmiş ölüm halları 6 126 nəfərə çatıb.

Həlak olanlardan 5 777-si etirazçılar, 86-sı 18 yaşdan aşağı uşaqlar, 214-ü təhlükəsizlik qüvvələrinin əməkdaşları, 49-u isə aksiyalarda iştirak etməyən mülki şəxslərdir.

Araşdırması hələ başa çatmayan ölüm hallarının sayı isə 17 091 olaraq göstərilir. Bununla da etirazlar zamanı həyatını itirənlərin ümumi sayı 23 mini ötüb.

Məlumatlara görə, indiyədək 41 880 nəfər saxlanılıb, 11 009 nəfər ağır xəsarət alıb. Həmçinin 245 halda şəxslərin məcburi şəkildə “etiraf” yaymağa məcbur edildiyi bildirilir. Təhlükəsizlik orqanlarına çağırılanların sayı isə 11 024 nəfərdir.

Ümumilikdə ölkənin 31 vilayətində yerləşən 200 şəhərdə etirazlarla bağlı 651 insident qeydə alınıb.

Qeyd edək ki, insan haqları təşkilatları İranda vəziyyətin ağır olaraq qaldığını və real rəqəmlərin açıqlanan göstəricilərdən daha yüksək ola biləcəyini bildirirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr