Rusiya Suriyanın şimal-şərqindəki Haseke əyalətinin Qamışlı rayonundakı hərbi bazasından şəxsi heyəti və avadanlıqları köçürür.
Ölkə.az xəbər verir ki, Rusiya hərbi yük təyyarələri vasitəsilə Qamışlıdakı bazasından hərbi personal və müxtəlif hərbi avadanlıqlar daşıyıb. Suriya hərbi mənbələri rusların hərbi texnika və personalını Qamışlıdan Latakiya əyalətindəki Hmeymim hava bazasına çəkdiyini qeyd etsələr də, məsələ ilə bağlı əlavə məlumat vermirlər.
Mürtəza