
Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"da dəyişiklik edilib.
AFN.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.
Buna qədər sözügedən müddət üç gün idi.