AZ

Stadionda insanlıq dərsi - VİDEO

Türkiyənin Malatya şəhərində keçirilən futbol qarşılaşması zamanı baş verən hadisə sosial şəbəkələrdə böyük rəğbət qazanıb.

İdman.Biz xəbər verir ki, Üçüncü Liqa keçirilən “Yeşilyurtspor” - “12 Bingölspor” oyununda vəzifədə olan polis əməkdaşı tribunada üşüyən azyaşlı uşağa kömək edib.

Soyuq hava şəraitində oynanılan görüşdə polis əməkdaşı uşağın ayaqlarının üşüdüyünü görərək öz ayağındakı corabları çıxarıb ona geyindirib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatsa da, stadionda yaşanan bu humanist davranış nəticədən daha çox diqqət çəkib.

Hadisə bir daha sübut edib ki, futbol təkcə hesab və nəticələrdən ibarət deyil, bəzən ən dəyərli anlar məhz meydandan kənarda yaşanır.

İdman.Biz
Seçilən
20
1
idman.biz

2Mənbələr