AZ

Azərbaycan idmanına ağır itki üz verib

style='margin-bottom:10px;'>

Azərbaycan idmanına ağır itki üz verib. Əməkdar idman ustası və əməkdar məşqçi Mirəli Seyidov 69 yaşında vəfat edib.

QOL.az xəbər verir ki, bu baqda Azərbaycan Karate Federasiyasının saytının yaydığı açıqlamada bildirilir.

M.Seyidov uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr verib. O, həmçinin karate idman növü üzrə 7-ci dan qara kəmər sahibidir. 

Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilib. Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib.

Alllah rəhmət eləsin!

Seçilən
69
teleqraf.com

1Mənbələr