AZ

Rusiya milli komandasının sabiq baş məşqçisi VƏFAT ETDİ

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə onun dul arvadı İrina İqnatyeva yanvarın 27-də məlumat verib. “Təəssüf ki, Boris Petroviç vəfat edib. Görünür, bu, xərçəng və ürək problemləri ilə bağlıdır”, – deyə İqnatyeva bildirib. Onun sözlərinə görə, keçmiş məşqçinin dəfn tarixi hələ müəyyən olunmayıb. Boris İqnatyev 1996–1998-ci illərdə Rusiya milli komandasını çalışdırıb, 1992–1996-cı illərdə isə komandanın məşqçilər heyətində, Pavel Sadırin və Oleq Romantsevin köməkçisi kimi fəaliyyət göstərib. O, “Spartak”ın gənclər komandasının yetirməsi olub və futbolçu karyerasında “Volqa Qorki”, “Dinamo Moskva”, Mahaçqala klubları və “Meteor Jukovski” kimi komandaları təmsil edib. Məşqçilik karyerasına 1973-cü ildə “Torpedo”da başlayan İqnatyev, həmçinin SSRİ gənclər və Olimpiya komandalarında çalışıb, Rusiya, Səudiyyə Ərəbistanı, Çin və BƏƏ klublarında məşqçilik edib. O, uzun illər Yuri Seminlə birlikdə Kiyev “Dinamo”su və Moskva “Lokomotiv”ində əməkdaşlıq edib.

 

Seçilən
51
Ajans.az

1Mənbələr