AZ

“Qarabağ” iki hücumçunun alınmasına bu qədər vəsait ayırdı - Günləri sayın…

Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq şansı əldə edən «Qarabağ» transfer bazarında sakit şəkildə öz işini görür.

Azərbaycan çempionu rəsmi təklif göndərdiyi iki hücumçu ilə danışıqları bitirib.

Konqo və Kolumbiyadan olan ön xətt oyunçuları şəxsi müqavilə şərtlərində «köhlən atlar»la razılığa gəlib. İndi isə əsas məsələ onların məxsus olduğu klublarla ortaq dil tapmaqdır.

Ağdam təmsilçisi hər iki forvarda görə ödəyə biləcəyi təzminatın məbləği ilə avropalıları tanış eləyib.

Bu da az vəsait deyil - hər halda söhbət 1,2 və 1,5 milyon avro kompennsasiyadan gedir.

«Qarabağ» son tarix olaraq yanvarın 31-nı müəyyənləşdirib.

Qapısını döydüyü «köhnə dünya» mənsubları həmin tarixdən gec olmamaq şərtiylə cavabını elan etməlidirlər - bu alış-verişə razıdırlar, ya yox.

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr