AZ

Stiven Bay: "Azərbaycan internet performansına görə regionda ən yaxşı göstəricilər sırasındadır"

Azərbaycan stabil və keyfiyyətli internet bağlantısına görə regionda ən yaxşı göstəricilər sırasındadır.

Aznews.az xəbər verir ki, Bunu "Ookla" şirkətinin prezidenti və baş icraçı direktoru Stiven Bay (Stephen Bye) deyib.

Onun sözlərinə görə, ölkədə fiber-optik internet infrastrukturu yüksək sürət və aşağı gecikmə göstəriciləri ilə seçilir ki, bu da istifadəçilərə daha stabil və keyfiyyətli bağlantı imkanı yaradır.

S.Bay bildirib ki, aparılan testlər Azərbaycanda fiber şəbəkənin həm yükləmə (upload), həm də endirmə (download) sürətləri baxımından güclü performans nümayiş etdirdiyini göstərir.

"Azərbaycanda fiber bağlantı sayəsində gecikmə çox aşağıdır. Məlumatların yuxarı və aşağı istiqamətdə ötürülməsi kifayət qədər sürətlidir. Bu da istifadəçi təcrübəsinə birbaşa müsbət təsir edir", – deyə o qeyd edib.

Şirkət rəhbəri əlavə edib ki, internet keyfiyyəti "Speedtest" platforması vasitəsilə xüsusi "full buffer test" metodu ilə ölçülür: "Bu zaman bağlantı tam yüklənir və real şəbəkə şəraitində sürət, gecikmə və ötürmə qabiliyyəti qiymətləndirilir. Biz yalnız nəzəri sürəti deyil, şəbəkə yüklü olan vaxt istifadəçinin nə hiss etdiyini ölçürük. Bu yanaşma real performansı daha dəqiq göstərir".

S.Bayın sözlərinə görə, aşağı gecikmə və yüksək sürət xüsusilə gələcəkdə süni intellekt tətbiqləri, bulud xidmətləri və böyük həcmli məlumat mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir.

Seçilən
1
1
aznews.az

2Mənbələr