AZ

“Hakimlərdən şikayət edən “Qarabağ” ÇL-də mövsümün kəşfidir”

“Zenit”, “Spartak” və “Krasnodar”ın sabiq futbolçusu Maksim Demenko “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Rusiya millisinin sabiq futbolçusu Azərbaycan çempionunu 2025-26 mövsümünün əsas kəşfi adlandırıb.

O, “Ayntraxt” üzərində qələbədən (3:2) sonra “Qarabağ”ın pley-offa vəsiqə şansının xeyli artdığını bildirib:

“Düşünürəm ki, bu, əsl Azərbaycan komandasıdır. “Qarabağ” Çempionlar Liqasında mövsümün kəşfidir.

Onlar yəqin ki, istənilən komanda ilə oynamağın mümkünlüyünü anlayırlar. Hətta hakimlikdən də şikayət edirdilər.

“Qarabağ” sürpriz etdi. Məhz bu qələbədən komandanın pley-offa vəsiqə qazanmaq şansının olduğunu deyə bilərik”.

"Qarabağ” hazırda 10 xalla 18-ci pillədə qərarlaşır. Ağdamlılar son turda yanvarın 28-də “Liverpul”la qarşılaşacaq.

Seçilən
10
sportinfo.az

1Mənbələr