AZ

Trampın Paris Sazişindən çıxmaq qərarı rəsmi olaraq qüvvəyə minib -

ABŞ Paris İqlim Sazişindən rəsmi olaraq çıxıb.

Missiya.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

İcra sərəncamı 20 yanvar 2025-ci ildə imzalanıb və BMT-yə həmin ilin 28 yanvarında məlumat verilib. Qərar bu gün qüvvəyə minib.

Yanvarın əvvəlində ABŞ Prezidenti Donald Tramp ABŞ-nin 31 BMT qurumu da daxil olmaqla 66 beynəlxalq təşkilatda maliyyələşdirilməsini və iştirakını dayandıran memorandum imzalayıb. Ağ Ev bildirib ki, onların bir çoxu "ölkənin suverenliyinə və iqtisadi maraqlarına zidd olaraq, vergi ödəyiciləri üçün əhəmiyyətli xərclərlə və minimal təsirlə" iqlim və ideoloji gündəmləri təbliğ edir.

Qeyd edək ki, Paris İqlim Sazişi 2015-ci ilin dekabr ayında imzalanıb və 195 ölkəni bir araya gətirib. Sənəddə qlobal orta temperaturun sənayeləşmədən əvvəlki səviyyələrlə müqayisədə 1,5-2 dərəcə selsi səviyyəsində artmasının qarşısını almaq üçün karbon qazı tullantılarını azaltmaq üçün könüllü öhdəliklər nəzərdə tutulur.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr