AZ

İrandakı səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun məzarı ziyarət olundu - FOTO/ VİDEO

BAKI, 27 yanvar. TELEQRAF

GƏNCƏ, 27 yanvar. TELEQRAF

Ölkəmizin Tehrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun vəfatından üç il keçir.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu gün onun məzarı başına doğmaları, yaxınları, bir qrup rəsmi nümayəndələr gəlib. Dualar oxunub, Allahdan rəhmət dilənib.

Məlumat üçün bildirək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə terror hücumu həyata keçirilib. Hücum İran vətəndaşı Yasin Hüseynzadə tərəfindən törədilib. O, “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib.

Qeyd edək ki, Orxan Rizvan oğlu Əsgərov 5 noyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. O, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə Orxan Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. O.Əsgərov İkincini Fəxri Xiyabanda torpağa tapşırılıb.

Səfirliyimizə hücum edən Yasin Hüseynzadə isə dövlətimizin təkidi və istintaqın ədalətli aparılması nəticəsində edam edilib.

Seçilən
50
teleqraf.com

1Mənbələr