AZ

Vasif Tağıyevin seçimi gündəm oldu – Anasından AÇIQLAMA

Bu gün Azərbaycanın İrandakı səfirliyinə törədilən terror hücumundan üç il ötür.

NOCOMMENT.az xəbər verir ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu həyata keçirilib.

Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.

Hadisə ilə bağlı NOCOMMENT.az -a danışan Vasif Tağıyevin anası Təranə Tağıyeva bildirib ki, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.

Onun sözlərinə görə, Vasif Tağıyev hazırda öz istəyi ilə fəaliyyətini Azərbaycanın Ukraynadakı səfirliyində davam etdirir. Müharibə şəraitinə baxmayaraq bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün demək olar həyacanlıdır.

Qeyd edək ki, Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.

Gülər

 

 

Seçilən
55
15
nocomment.az

10Mənbələr