AZ

Ukrayna qoşunlarını Donbasdan çıxarmağa razı olmasa... - "Financial Times"

Ukrayna üçün ABŞ-dan gələcək təhlükəsizlik zəmanətləri Kiyevin öz qoşunlarını Donbasın işğal olunmamış hissəsindən çıxarmağa razılıq verib-verməyəcəyindən asılı olacaq, bu barədə Financial Times yazır.

Turkustan.az xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" danışıqların gedişatı ilə tanış olan şəxslərlə söhbət etmiş "Financial Times”a istinadən yazır.

Nəşrin səkkiz həmsöhbətinin verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya bəlli edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri Kiyevin sülh sazişinə razılıq verməsindən asılı olacaq.

Həmin gələcək sənəd Ukrayna hərbçilərinin Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən işğal olunmamış hissələrindən çıxarılmasını nəzərdə tutur.

ABŞ həmçinin Kiyevə bildirib ki, əgər o, sazişə razı olarsa, sülh dövründə ordusunu gücləndirmək üçün daha çox silah təklif edə bilər.

Xatırlatma: Yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri haqqında sənəd imzalanmağa hazırdır.

"Politico” nəşri yazırdı ki, Vaşinqtonun öz hərbçilərini göndərməkdən imtina etməsinə baxmayaraq, ABŞ Ukrayna üçün öz təhlükəsizlik zəmanətlərini Avropanınkından daha dəyərli hesab edir.

Rusiya yanvarın 23-24-də Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan əvvəl Ukrayna qoşunlarının bütün Donbas ərazisindən çıxarılması tələbini təkrar etmişdi. /Qaynarinfo/

Seçilən
0
1
turkustan.az

2Mənbələr