AZ

"Belqorodda qurbanların sayı artıb, Rusiya hiddət içindədir..."

"Bu gün Ukrayna Rusiyaya maksimum zərər vurmaq üçün Qərb dövlətlərinin əlində özəl hərbi şirkətə çevrilib..."
 
"Əgər Rusiya bu savaşda rusiyalılarının ölümündə kimsəni ittiham etmək istəyisə, prezident Putindən başlamalıdır..."
 
Nebenzya Kiyevə "ən pis xəbərlər" vəd edib və aydın cavabını alıb
 
Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Belqorod vilayərinin qubernatoru Vyaçeslav Qladkov "Teleqram-kanal"da yazıb. Məlumatı "pravda.ru" nəşri yayıb.
 
"Məhkəmə-tibbi ekspertlər daha bir uşağın həlak oldoğunu müəyyən edib. Daha bir yaralı xəstəxanada aylımadan dünyasını dəyişib", - o, məlumat verib. Beləliklə, ümumilikdə cəmi 108 nəfər zərər çəkib.
 
"37 çoxmənzilli binalar, 453 mənzil, 3 şəxsi ev və 7 sosial obyektdə müxtəlif dərəcəli dağıntılar aşkar edilib  53 şəxsi avtomobil zədələnib. Vurulan ziyan  dəyərləndirilir", - Qladkov əlavə edib.
 
Rusiya Belqorodda yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya iclasda çıxış edərək, Kiyev və Qərbi "yaxın zamanlarda ən pis xəbərlər gözləməyə" çağırış edib.
 
O, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu "dinc şəhərə qarşı qabaqcadan planlaşdırılan terror aktıdır".
 
Onun sözlərinə görə, Ukraynanın təmas xəttində dönüş yaratmaq və ya heç olmasa vəziyyəti olduğu kimi saxlamaq üçün resursları yoxdur".
 
"Kiyev rejiminin hərbi planları total fiaskoya uğrayıb, ona görə də, həm də Vaşintqon və ya Brüsseldə yeni hərbi və maliyyə yardımı paketlərinin təsdiqindən asılı olmayaraq, ən yaxın zamanlarda sizin üçün ən pis xəbərlər gözləyin", - Nebenzya Ukrayna və Qərb nümayəndələrinə müraciətlə deyib.
 
Nebenzya həmçinin Ukrayna HHM sistemlərini Ukraynanın dinc vətəndaşlarının həlak olmasında ittiham edib.
 
"Bu gün danışılası bir şey varsa, o da Ukrayna şəhərlərinin yaşayış məhəllərində beynəlxalq humanitar hüquqa zidd olaraq Ukraynanın HHM sistemlərinin yerləşdirilməsidir", - o, əlavə edib və vurğulayıb ki, "Ukrayna qüvvələrinin HHM sistemləri olmasaydı, sakinlər arasında qurbanlar olmazdı".
 
Bu son dərəcə riyakar bəyanatdan sonra rusiyalı məmur bugünkü Ukraynanı "Rusiyaya maksimum zərər vurmaq üçün Qərb dövlətlərinin əlində özəl hərbi şirkət adlandırıb".
 
Avropa ölkələrinin BMT-dəki daimi nümayəndələri bəyan edib ki, rusiyalıların ölümündə yalnız Rusiya və onun hakimi Vladimir Putin günahkardır.
 
"Əgər Rusiya bu müharibədə rusiyalıların ölümündə kimisə ittiham etmək istəyirsə, prezident Putindən başlamalıdır. Prezident Putin on minlərlə rusiyalı hərbi qulluqçuları mənasız ölümə göndərilməsində məsuliyyət daşıyır", - bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin siyasi koordinatoru Tom Fipps deyib.
 
Onun sözlərinə görə, Rusiya Ukraynaya hərbi cəhətdən qalib gəlməyi bacarmadağından "mülki əhaliyə çeşidsiz hücumlara" əl atır.
 
Fransanın BMT-də daimi nümayəndəsi Nikolya de Rivyera vurğulayıb ki, "əgər Rusiya BMT Nizamnaməsini pozaraq Ukraynaya hərbi müdaxilə etməsəydi, əgər onun qoşunları Ukrayna torpağında olmasaydı, əgər bir çox aylar ərzində hər gün Ukraynanın şəhər və kəndlərini atəşlərə məruz qoymasaydı", Təhlükəsizlik Şurasının iclasına da ehtiyac olmazdı.
 
"Bugünkü iclasın çağırılması Rusiya üçün dünən Ukraynanın sorğusu əsasında təşkil olunmuş görüşə reaksiya üsuludur. Rusiya daimi üzv yerini tutaraq, Təhlükəsizlik Şurasından sui-istifadə etməkdə davam edir", - o, deyib.
 
Yeri gəlmişkən, Çexiya nümayəndəsi iclasda iştirak etməkdən imtina edib. "Biz Rusiyanın bizi harasa çağırmasından imtina edirik. Çexiya təcavüzkarın zəhərli yalanla dolu təbliğatına xidmət etməyəcək. Rusiya Təhlükəsizlik Şurasında işğalçı qoşunlarının Ukraynadan çıxarılmasını müzakirə edərsə, o zaman biz sevinclə gəlib çıxarıq", - Çexiya XİN rəhbəri vəd edib.
Seçilən
123
7
moderator.az

10Mənbələr