AZ

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

Bakı, 27 yanvar, AZƏRTAC

ABŞ-a güclü qar və şaxtalar gətirən fırtına azı 34 nəfərin həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, “USA Today” qəzetinin məlumatına görə, ən çox ölüm halı Nyu-York ştatında qeydə alınıb, burada doqquz nəfər həyatını itirib.

Bir çox ştatda yağıntının miqdarı 30 santimetri keçib, bu da nəqliyyatın hərəkətində problemlərə, uçuşların ləğvinə və məktəblərin bağlanmasına səbəb olub. Pensilvaniya ştatının Pitsburq şəhərinə isə 50 santimetrdən çox qar yağıb.

Ölkə daxilində elektrik kəsintiləri hələ də davam edir. Hazırda təxminən 550 min insan işıqsızdır. Hakimiyyət orqanları elektrik enerjisinin bərpasının bir neçə gün davam edəcəyi barədə əhalini məlumatlandırıb.

Sinoptiklərin proqnozuna görə, şaxtalı hava şəraiti təxminən bir həftə davam edəcək. Ölkənin meteorologiya xidməti həftə sonu ABŞ-ın şərq sahillərinə daha bir fırtınanın gələcəyini gözləyirlər.

 

Seçilən
33
6
azertag.az

7Mənbələr